
- A-
- A
- A+
Cəmiyyət
17:44 / 01.09.2023
Bakı məktəbində bir sinfin bütün şagirdləri ali məktəbə QƏBUL OLUB – FOTO
Hazırda oxunan: Bakı məktəbində bir sinfin bütün şagirdləri ali məktəbə QƏBUL OLUB – FOTO
153227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda Suraxanı rayonundakı məktəblərin birində eyni sinifdə oxuyan şagirdlərin hamısı ali məktəbə daxil olub.
Bizim.Media xəbər verir ki, bu uğur Suraxanı rayonu M.Mehdiyev adına 280 saylı orta məktəbin "11a" sinfinin şagirdlərinə məxsusdur.
Bu barədə məktəbin direktoru Nəsimi Quliyev öz Facebook səhifəsində paylaşım edib. Bir sinifdə oxuyan 20 şagird 2022-2023-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.
Eyni sinifdə oxuyan şagirdlərin hər birinin tələbə adını qazanması Hövsan qəsəbəsində və sözügedən məktəbdə böyük sevinclə qarşılanıb.

Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































