Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:53 / 31.08.2023
Bakıda qumarxana AŞKARLANDI – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda qumarxana AŞKARLANDI – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda qumarxana AŞKARLANDI – FOTO/VİDEO
153088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































