Qəbələdə külək ağacı yola aşırıb,maşınların hərəkətinə maneə yaranıb

Qəbələdə külək ağacı yola aşırıb,maşınların hərəkətinə maneə yaranıb

Hazırda oxunan: Qəbələdə külək ağacı yola aşırıb,maşınların hərəkətinə maneə yaranıb

152835

Qəbələ rayonunda külək ağacı yola aşırıb, avtomobillərin hərəkətinə maneə yaranıb 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb.
Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO