Yardımlıda avtomobil dərəyə AŞDI: Ölən və yaralananlar var 

Yardımlıda avtomobil dərəyə AŞDI: Ölən və yaralananlar var 

Hazırda oxunan: Yardımlıda avtomobil dərəyə AŞDI: Ölən və yaralananlar var 
151830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi "UAZ” markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib.

Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO