İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı FƏRMAN

İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı FƏRMAN

Hazırda oxunan: İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı FƏRMAN

15146

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmanla müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir:

- tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi;

- Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin inşasının başa çatması barədə müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi, habelə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsi;

- tikinti məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO