
- A-
- A
- A+
DSX-nin Şəkidəki texniki təmir parkında yanğın oldu
Gecə saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində yerləşən ümumi sahəsi 250 kv/m olan və 4 boksdan ibarət qarajın içərisində dayanmış “UAZ” markalı minik avtomobilində yanğın baş verib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Hadisə yerinə cəlb edilən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətinin cəldliyi nəticəsində yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Nəticədə minik avtomobilinin konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Baş vermis hadisə ilə bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































