Biləsuvar qəzasında ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 

Biləsuvar qəzasında ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 

Hazırda oxunan: Biləsuvar qəzasında ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 
150980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunda yol qəzasında ölən şəxsin kimliyi məlum olub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, bu, rayonun Çaylı kənd sakini, 1969-cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızıdır.  

Məlumata görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.  
Hadisə nəticəsində ağır xəsarət alan qadın hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.


*** 22:09

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb.  

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO