
- A-
- A
- A+
Naxçıvan Prokurorluğunda YENİ TƏYİNATLAR
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Bundan başqa, Baş prokurorun əmrilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.
Habelə, Kamran Əliyevin digər əmrilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































