Axtarışda olan 104 nəfər SAXLANILDI  

Axtarışda olan 104 nəfər SAXLANILDI  

Hazırda oxunan: Axtarışda olan 104 nəfər SAXLANILDI  

149262

Avqustun 2-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO