Bakıda iki qadını maşın öldürdü

Bakıda iki qadını maşın öldürdü

Hazırda oxunan: Bakıda iki qadını maşın öldürdü

149088

Ötən gün iki qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisələrdən biri Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 58 ünvanında yerləşən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qarşısına düşən yolun hərəkət hissəsində baş verib. 

Belə ki, 1995-ci il təvəllüdlü Salyan rayon sakini Rəfael Ələkbərov idarə etdiyi “BMW” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev prospekti ilə “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1945-ci il təvəllüdlü Bakı şəhər sakini Penkova Lidiya Aleksandrovanı vurub. Nəticədə 78 yaşlı qadın aldığı müxtəlif bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. 
Digər hadisə isə Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib. Belə ki, Rəşad Zayıdov “Vaz 21063” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ehtiyatsızlıqdan yolun sağ kənarında hərəkətdə olan piyada - 1971-ci il təvəllüdlü Yaqut Lətifovanı vurub. Nəticədə piyada aldığı müxtəlif bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Sürücü hərəkətini davam etdirərək irəlidə olan daha bir piyada, Rəhim Zamanovu da vuraraq müxtəlif bədən xəsarətləri yetirib.  

Hər iki faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO