Polis İsmayıllıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var  

Polis İsmayıllıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var  

Hazırda oxunan: Polis İsmayıllıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var  

149085

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdyev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb. O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Pirverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib. 

Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO