Qubada regional KONFRANS - FOTO 

Qubada regional KONFRANS - FOTO 

Hazırda oxunan: Qubada regional KONFRANS - FOTO 

149044

Baş Prokurorluq Qubada regional konfrans keçirdi. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir dahi şəxsiyyət və rəhbər Heydər Əliyevin 100 illiyinə həsr olunub.  

Quba şəhərindəki Heydər Əliyev mərkəzində baş tutan konfransda Quba icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, Quba prokurorluğunun rəhbərliyi və əməkdaşları, qonşu Qusar və Xaçmaz rayon prokurorları, ziyalılar, qazilər və şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.  

Konfransdan əvvəl Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb. Tədbirdə ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, prokurorluq sahəsinə verdiyi dəyərlərdən də ətraflı danışılıb.  

Quba rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tarıyel İbrahimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev və digər natiqlər ümmummilli rəhbərin çoxşaxəli fəaliyyətinin önəmindən söz açıblar.  
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Böyük şəxsiyyət...üç ştrixdə..." adlı sənədli film nümayiş olunub.  





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO