“Qarabağ”ın rəqibi Bakıya yola düşdü

“Qarabağ”ın rəqibi Bakıya yola düşdü

Hazırda oxunan: “Qarabağ”ın rəqibi Bakıya yola düşdü

148840

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" cavab görüşü üçün Azərbaycana gəlir.  

Bizim.Media xəbər verir ki, Polşa təmsilçisini gətirən təyyarə bir neçə dəqiqə əvvəl hava limanından Bakıya yola düşüb.

Çestohova təmsilçisi sabah saat 19:00-da Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini həyata keçirəcək. Bundan yarım saat əvvəl isə baş məşqçi David Şvarqanın mətbuat konfransı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü 2 avqust tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Polşada baş tutan ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO