Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başlayır 

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başlayır 

Hazırda oxunan: Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başlayır 

148589

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. 

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. 

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək. 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO