Daha 16 ailə Laçına yola SALINDI 

Daha 16 ailə Laçına yola SALINDI 

Hazırda oxunan: Daha 16 ailə Laçına yola SALINDI 

148310

Daha bir neçə ailə Laçına yola salınıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. 
Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO