Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Hazırda oxunan: Sabah hava necə olacaq?

147879

Bakıda və Abşeron yarımadasında iyulun 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO