FAKTİKİ HAVA: Bölgələrdə arabir yağış yağıb, şimşək çaxıb

FAKTİKİ HAVA: Bölgələrdə arabir yağış yağıb, şimşək çaxıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrdə arabir yağış yağıb, şimşək çaxıb

146470

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 mm-dək olub. Qrız, Şahdağda duman müşahidə olunub.

Şimal-qərb küləyi Naftalanda arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 19 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb. Havanın maksimal temperaturu iyulun 15-də Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. 
Bakı və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcə isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO