Masallıda yanğın törədən şəxs müəyyən EDİLDİ – FOTO/VİDEO  

Masallıda yanğın törədən şəxs müəyyən EDİLDİ – FOTO/VİDEO  

Hazırda oxunan: Masallıda yanğın törədən şəxs müəyyən EDİLDİ – FOTO/VİDEO  

145789

İyulun 5-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində kol-kos sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub. 

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO