Sabirabadda xəstəxana direktorunun müavini şantaj edildi - VİDEO

Sabirabadda xəstəxana direktorunun müavini şantaj edildi - VİDEO

Hazırda oxunan: Sabirabadda xəstəxana direktorunun müavini şantaj edildi - VİDEO

145550

Sabirabadda mərkəzi xəstəxananın direktor müavinini santaj ediblər.

Bizim.Media xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərinin barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 min manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.
Daha sonra Azər bu puldan Zaminə ümumilikdə 650 manat verib.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO