Xankəndinin küçələrində asayişi Azərbaycan təhlükəsizlik qüvvələri qoruyacaq

Xankəndinin küçələrində asayişi Azərbaycan təhlükəsizlik qüvvələri qoruyacaq

Hazırda oxunan: Xankəndinin küçələrində asayişi Azərbaycan təhlükəsizlik qüvvələri qoruyacaq

145537

“Tezliklə Xankəndinin küçələrində asayişi Azərbaycan təhlükəsizlik qüvvələri qoruyacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloqu Samvel Oqanesyan səsləndirib.

Onun sözlərinə görə, Rusiya güclülərin tərəfini tutur:

“Hazırda isə güclü olan tərəf  Ermənistan deyil, Azərbaycandır. Ölkəmizi bundan sonra nə gözləyir? 

Yaxın gələcəkdə qondarma "Arsax müdafiə ordusu" (Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr) ləğv olunacaq.  Azərbaycan Silahlı Qüvvələri Xankəndinə və digər ərazilərə daxil olacaq və öz qaydalarını quracaq.

Daha sonra isə Qarabağın etnik erməni əhalisinin inteqrasiyası prosesi başlayacaq.

Ola bilsin ki, rus sülhməramlıları ilə Azərbaycan təhlükəsizlik qüvvələri arasında birgə patrulla (asayişi qorumaq) bağlı razılıq əldə olunsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO