Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

145521

Bakıda və Abşeron yarımadasında iyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO