Ailəsi ilə istirahətə yollanan 11 yaşlı uşaq dünyasını dəyişib

Ailəsi ilə istirahətə yollanan 11 yaşlı uşaq dünyasını dəyişib

Hazırda oxunan: Ailəsi ilə istirahətə yollanan 11 yaşlı uşaq dünyasını dəyişib

145122

11 yaşlı İmişli sakini Zaqatalada ölüb. İlkin tibbi müayinələrdən sonra onun zəhərlənmədən öldüyü ehtimal edilir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əslən İmişli rayonundan olan Dəniz Nurinin ailəsi Bakıda yaşayır. Bu günlər ailə yay istirahətinə yollanıb.  

Əvvəlcə Tovuz və Şəki rayonlarında olarkən Dənizin səhhətində olan problemlərlə bağlı həmin rayonlarının xəstəxanalarında ilkin tibbi yardım alıb.

Bu gün ailə Zaqatalanın Bəhmətli kəndinə qonaq gedib. Elə oradaca Dənizin səhhətində yenidən problem yaranıb. Onu təcili rayon mərkəzi xəstəxanasına çatdırıblar.  

Həkimlərin ilkin tibbi müdaxiləsinə baxmayaraq 11 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.  

Onun ölüm faktı müvafiq orqanlar tərəfindən araşdırılır.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal -Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO