
- A-
- A
- A+
FHN-dən Lənkəranda yanan obyektlə bağlı MƏLUMAT
FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb.
FHN-dən Bizim.Media-ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” çay evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşa məxsus birmərtəbəli mansard tipli çay evinin mansardında baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 650m² olan çay evinin taxta konstruksiyalardan ibarət mansardı 150m² sahədə yanıb. Çay evinin böyük hissəsi və ərazidəki digər tikililər yanğından mühafizə olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































