Neçə hərbçi protezlə təmin EDİLİB? - STATİSTİKA

Neçə hərbçi protezlə təmin EDİLİB? - STATİSTİKA

Hazırda oxunan: Neçə hərbçi protezlə təmin EDİLİB? - STATİSTİKA

145085

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təminatı işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib.

Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlardır.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir.
Müharibə veteranları son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO