Azərsutikinti xəstəxanası təmir OLUNACAQ 

Azərsutikinti xəstəxanası təmir OLUNACAQ 

Hazırda oxunan: Azərsutikinti xəstəxanası təmir OLUNACAQ 

144918

Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Azərsutikinti xəstəxanasının təmir və yenidən qurulması mümkün olacaq. 

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, xəstəxanada bir sıra şöbələr fəaliyyət göstərirdi:

“Hazırda isə həmin binada hemodializ şöbəsi işləyir. Burada tibbi xidmətin təşkilində hər hansı çətinlik olmadığından həmin şöbə bundan sonra da fəaliyyətini davam etdirəcək. Həmçinin nefrologiya şöbəsi də eyni qaydada vətəndaşlara xidmət göstərəcək”. 
V.Qurbanov əlavə edib ki, həmin xəstəxana əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdiyindən gələn ildən yenidən qurulması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO