Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verildi - VİDEO

Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verildi - VİDEO

Hazırda oxunan: Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verildi - VİDEO

14453

Bu gün Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə tanış olub.

"Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır",- deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağı qaldırılıb.

Məlumat verilib ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb.

Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənib. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO