“Cyberpoint”lə Texniki Universitet arasında Əməkdaşlıq Memorandumu İMZALANDI

“Cyberpoint”lə Texniki Universitet arasında Əməkdaşlıq Memorandumu İMZALANDI

Hazırda oxunan: “Cyberpoint”lə Texniki Universitet arasında Əməkdaşlıq Memorandumu İMZALANDI

144501

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkəmizin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu Memorandumun məqsədi tərəflər arasında öz nizamnamələri çərçivəsində kibertəhlükəsizlik sahəsində milli, elmi-texniki və insan resursları potensialının gücləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsidir.

Bununla yanaşı “Cyberpoint”lə Azərbaycan Texniki Universiteti arasında imzalanan memorandum tərəflər arasında əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədini də özündə daşıyır.
Əməkdaşlıq Memomrandumunun başlıca hədəflərindən biri də kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrin praktiki təlimlərə cəlb olunması və onların bu sahədə daha geniş biliklərə yiyələnməsi üçün lazımı şəraitin yaradılmasıdır.


Məlumat üçün bildirək ki, Azərbaycanda aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir.

Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan “Cyberpoint” şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO