Kağız reseptlərdən istifadə qadağan ediləcək? - Rəşad Mahmudov AÇIQLADI

Kağız reseptlərdən istifadə qadağan ediləcək? - Rəşad Mahmudov AÇIQLADI

Hazırda oxunan: Kağız reseptlərdən istifadə qadağan ediləcək? - Rəşad Mahmudov AÇIQLADI

144470

"Dərman vasitələri haqqında” qanuna təklif edilən elektron resept tələbinin qəti qoyulması dəyişikliyi gələcəkdə müəyyən problemlərə yol aça bilər. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov deyib. 

Deputat qeyd edib ki, qanunvericilikdə elektron reseptlə yanaşı, kağız reseptlərin də qalması məqsədəuyğundur. 

R.Mahmudov vurğulayıb ki, elektron resept yazılması dövrün tələbinə uyğun olsa da, dünyadakı reallıqları nəzərə alaraq deyə bilərəm ki, elektron sənəd formasının qətiyyətlə qoyulması yerinə kağız sözü də əlavə edilməlidir. 
“Türkiyədə dərmanların 80-85 %-i dövlət, yəni, sığorta şirkətəri tərəfindən ödənilir. Bu səbəbdən bu kimi hallarda sui-istifadə hallarının qarşısının alınması üçün elektron resept metodu təqdirəlayiqdir. Lakin bizdə həmin mexanizm olmadan bunun icrası çətinlik yaradar. Yəni, ölkədəki xəstəxanalar arasında tam inteqrasiya sistemi mövcud deyil”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO