Zəlzələlər niyə gecə BAŞ VERİR?

Zəlzələlər niyə gecə BAŞ VERİR?

Hazırda oxunan: Zəlzələlər niyə gecə BAŞ VERİR?

144441

Ötən gecə Xəzər dənizində baş vermiş 5.7 bal gücündə zəlzələ insanlar arasında xeyli təşviş yaratdı. Bir çox paytaxt sakini gecəni küçələrdə, parklarda keçirməyə məcbur oldular. 
Ümumilikdə isə insanları zəlzələ ilə bağlı bir çox suallar narahat edir. 

Onlardan biri də odur ki, zəlzələlər niyə məhz gecələr baş verir? 

Çünki, ötən gecə Xəzər dənizində, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələlər əsasən gecə saatlarında baş verib.

Məsələ ilə bağlı seysmoloq Ənvər Əliyevin fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu bir təsadüfdür:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 5,7 bal gücündə ZƏLZƏLƏ OLUB - VİDEO


“Zəlzələlər günün müxtəlif saatlarında baş verir. Nəzərə alaq ki, bizdə gecə olanda hardasa gündüzdür. Zəlzələnin hansı zamanda, hansı fəsildə baş verəcəyini qabaqcadan müəyyən etmək mümkün deyil.

Zəlzələ ancaq zonalar üzrə baş verir. Unutmayaq ki, təbiət hadisələri günün istənilən vaxtı baş verir. 

Məsələn yağış gecə də yağır, gündüz də, günəş gecə də tutulur, gündüz də. Sadəcə bəzi insanlarda bu kompleks var ki, zəlzələnin gecə baş verəcəyi narahatlığı ilə yaşayırlar. Amma zəlzələ istənilən saatda ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO