Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb - FOTO

Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb - FOTO

Hazırda oxunan: Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb - FOTO

143874

Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub. 

Onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib.

Bizim.Media-ya bu barədə Müdafiə Nazirliyindən bildirilib. Keçirilən görüşlərdə şəhid ailələri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd olunub, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim edilib.

Şəhid ailələri və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət edilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO