19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Baş verən qətlin təfərrüatları məlum olub. Hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, hər iki şəxsin arasında söyüş üstündə mübahisə düşüb. Bundan sonra 2004-cü il təvəllüdlü Samir Hüseynov Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərovu bıçaqla qətlə yetirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:19 / 28.06.2023
Gəncədə 19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Hazırda oxunan: Gəncədə 19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Hazırda oxunan: Gəncədə 19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirdi - TƏFƏRRÜAT
143652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.