Bakıda tuneldə zəncirvari qəza: Yaralananlar var - FOTO/VİDEO

Bakıda tuneldə zəncirvari qəza: Yaralananlar var - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda tuneldə zəncirvari qəza: Yaralananlar var - FOTO/VİDEO

143630

Bakıda Ziya Bünyadov prospektindəki yol ötürücüsündə qəza baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb.

İdarəetmədən çıxan “KamAZ” tuneldə yolayrıcı betona çırpılaraq əks tərəfə çıxıb.

Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına dəyib.

“KamAZ” beton divara çırpılaraq dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb.

Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektindən 20 Yanvar istiqamətinə tuneldə hərəkət məhdudlaşdırılıb.

Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib.

Hazırda qəzaya uğramış ağır tonnajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır.

Səhərə yaxın bağlanan tuneldə hərəkət bərpa edilib. Qəzaya uğramış yük maşınları hissələrə bölünürək ərazidən uzaqlaşdırılıb.

Hazırda prospektinin bağlanan hissəsində yol açıqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO