“Sahil” bağındakı fəvvarə kabellərini oğurlayanlar saxlanıldı - VİDEO

“Sahil” bağındakı fəvvarə kabellərini oğurlayanlar saxlanıldı - VİDEO

Hazırda oxunan: “Sahil” bağındakı fəvvarə kabellərini oğurlayanlar saxlanıldı - VİDEO

14225

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Emil Məlikli saxlanılıb.

Onun Səbail rayonunda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və 3 nəfərin evindən geyim əşyaları oğurladığı məlum olub.

E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov saxlanılıb.

Onun müxtəlif vaxtlarda həmin parkda uzunluğu 900 metr dəyəri 2500-300 manat olan elektrik kabellərini oğurladığı məlum olub.

A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO