“Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzi TRT, “Trend”x9d və “Anadolu”x9dda görüş keçirdi

“Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzi TRT, “Trend”x9d və “Anadolu”x9dda görüş keçirdi

Hazırda oxunan: “Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzi TRT, “Trend”x9d və “Anadolu”x9dda görüş keçirdi

141980
“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi”x9d İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzi təlimlərini davam etdirir. Gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, xa0onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən lahiyə çərçivəsində nüfuzlu media mütəxxəssisləri və rəhbərləri ilə görüşlər keçirilib.

Bu gün gənc jurnalistlərlə “Trend”x9d İnformasiya Agentliyi, TRT-nin Bakı Təmsilçiliyi və “Anadolu”x9d Xəbər Agentliyində görüşlər keçirilib.


“Trend”x9d İnformasiya Agentliyinin xa0redaksiyası və iş şəraiti ilə tanış olduqdan sonra, Agentliyin baş direktor müavini Arzu Nağıyev informasiya təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış etdi. Jurnalistlərlə sual-cavab şəraitində keçən görüş zamanı müasir media problemlərinə toxunuldu.


Daha sonra TRT-nin Bakı Təmsilçiliyində olan gənc jurnalistləri təmsilçiliyin rəhbəri Yıldıray Arslan qarşıladı. Televiziyaçılıq və TRT təcrübəsi barədə geniş məlumat verən Yıldıray Arslan gənc KİV işçilərinin müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və gənc jurnalistlərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olacaq beynəlxalq təcrübəni nümunələrlə izah etdi.




Son olaraq, “Anadolu”x9d Xəbər Agentliyini ziyarət edən “Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzinin üzvləri Türkiyənin xəbər agentliyinin iş prosesi ilə tanış oldular. Jurnalistləri qarşılayan agentliyin əməkdaşı Ruslan Rəhimov “Anadolu”x9dnun tarixi və günlük fəaliyyəti ilə bağlı müfəssəl məlumat verdi.



Qeyd edək ki, “Peşəkar jurnalist”x9d Virtual Təlim Mərkəzi lahiyəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO