“Hyatt Regency Baku” Baş direktorunun şikayəti təmin edilmədi

“Hyatt Regency Baku” Baş direktorunun şikayəti təmin edilmədi

Hazırda oxunan: “Hyatt Regency Baku” Baş direktorunun şikayəti təmin edilmədi

14168

Bakı Apellyasiya Məhkəməsində “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valterin inzibati qaydada cərimələnməsi ilə bağlı şikayətə baxılıb.

Bizim.Media-nın məlumata görə, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib, Qaq Valterin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO