
- A-
- A
- A+
Pirallahıda 20 yaşlı gənci öldürən şəxs TUTULDU
İyunun 15-i saat 02 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Pirallahı rayon prokurorluğu yayıb.
Aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































