Moderator.az xəbər verir ki, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyevanın "Kanal 13" internet televiziyasına verdiyi müsahibəyə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov münasibət bildirib:
“Mənə Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən heç bir müraciət olmamışdır. Xatirə Quliyeva adlı bir xanıma gəldikdə bu xanımın mənə “Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)”x9d mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy verilməsi barədə müraciət etməsi yadımdadır. Həmin xanımın avtoreferatına isə mən 2 səhifəlik müsbət rəy vermişəm. Göstərilən xanımın mənə qarşı növbəti böhtan kampaniyasına qoşulmasına təəccüb etmirəm, çünki yaxşılıq etdiyim adamlardan pislik görməyə vərdiş etmişəm. X.Quliyevaya isə növbəti dəfə də yaxşılıq etməyə hazıram!!!”x9d





































































































