
- A-
- A
- A+
Rayon prokurorluğu Biləsuvardakı cinayətlə bağlı MƏLUMAT YAYDI
İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































