Ötən ilin 24 noyabrından pozulan Rusiya-Türkiyə münasibətləri maraqlı dönəmə daxil olub. Bu dönəmin əsas özəlliyi odur ki, tərəflər heç vaxt olmadığı qədər bu münasibətləri qaydaya salmağa zərurət hiss eləməyə başlayıb. Belə bir qənaətə gəlmək üçün ən qiymətli detal son vaxtlar tərəflərin leksikonunda barış notlarının xeyli artmasıdır. Onlardan ən sonuncuları barədə.xa0
Srağagün Rusiya prezidenti Vladimir Putin Moskvada İsrail baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə-İsrail əlaqələri ilə bağlı ilk dəfə öz mövqeyini ortaya qoyub. Ankara-Təl-Əviv münasibətlərindən danışan V.Putin iki ölkə arasındakı əlaqələrin düzəlməsini dəstəklədiyini, aparılan danışıqları müsbət qiymətləndirdiyini bildirib.xa0
Ola bilsin bu açıqlama ilə Putin ən əvvəl preventiv bir addım atmaq istəyib. Ayrı sözlə, tezliklə İsrail-Türkiyə tərəfdaşlığının bərpa olacağını bilib də, bu tərəfdaşlığın Rusiya maraqlarına qarşı olmaması üçün indidən xoşməramlı bir gediş edib. Axı hər necə olmasa Türkiyə ilə yəhudi dövlətinin müttəfiqliyi Moskvanın bölgədəki manevr imkanlarını daraldacaq. Putin isə ölkəsinin belə bir ittifaqa düşmən kəsilməsinin bədəlini yaxşı bilir. Həm də o səbəbə ki, İsrail Türkiyə üçün indi həm də alternativ qaz mənbəyi qismində görülür. O üzdən mesaj göndərir ki, əslində Rusiya da sizinlədir...
Məlumdur ki, Türkiyə-İsrail münasibətləri 2010-cu ildə 9 Türkiyə vətəndaşının öldürülməsi ilə nəticələnən “Mavi Mərmərə”x9d olayına görə kəskin pisləşmişdi. Lakin rəsmi Təl-Əviv Ankaranın əsas şərtlərini yerinə yetirdikdən, o cümlədən üzr istəyib təzminat öhdəliyi götürdükdən sonra münasibətlərdəki böhran xeyli dərəcədə arxada qalxıb. Hazırda münasibətlərin tam həcmdə bərpası və səfirlərin qayıtması üçün Avropada tərəflər arasında son raund danışıqlar aparılır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bir az öncə İsraillə münasibətlərin normallaşması üçün aparılan danışıqların sona yaxınlaşdığını bildirib.
* xa0 * xa0 *xa0
Mətbuat konfransında Türkiyə ilə bağlı daha bir önəmli detal diqqət çəkib. Kreml başçısı deyib ki, Rusiya “Cənub axını”x9d və “Türk axını”x9d layihələrindən qəti olaraq imtina etməyib, sadəcə olaraq, ona Avropa Komissiyasının aydın mövqeyi gərəkdir. “Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına gəlincə, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var. Lakin biz heç bir layihədən - nə ”x9dCənub axını", nə də ki “Türk axını”x9d layihələrindən qəti olaraq imtina etmirik. Bizə, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir - aydın, anlaşılan, tam başa düşülən mövqe. Lakin qeyd olunan layihələrin heç biri ilə bağlı bunu, hələ ki görmürük", - deyə Kreml başçısı vurğulayıb.
Yada salaq ki, Rusiya 2014-cü ilin dekabrında Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçəcək “Cənub axını”x9d qaz borusu layihəsindən imtina etdiyini bəyan edib. “Türk axını”x9d layihəsi isə Moskva-Ankara münasibətlərinin soyuması səbəbindən dondurulub. Lakin belə görünür, indi artıq daşları yığmaq zamanıdır... xa0

* xa0 * xa0 *xa0
Az öncə Afinada səfərdə olarkən V.Putin ilk dəfə olaraq rəsmi Ankaraya münasibətdə sərt leksikondan imtina edərək Türkiyəyə barışıq mesajları göndərmişdi. O, Rusiyanın Türkiyə ilə münasibətləri qaydaya salmaq istədiyini bəyan eləmiş, ancaq bundan ötrü Türkiyə tərəfdən “müəyyən addımların”x9d atılmasınının gərəkən olduğunu dilə gətirmişdi.xa0
Bunun ardınca Türkiyənin yeni baş naziri Binəli Yıldırım həm Rusiya, həm də İsraillə münasibətlərin qaydaya salınması yönündə addımlar atılacağını söylədi. Eyni zamanda prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq Türkiyə-İsrail münasibətlərin normallaşması zərurətindən xa0söz açaraq, bu münasibətlərin düzəlmək üzrə olduğunu, proseslərin bu yöndə getdiyini etiraf elədi. Vurulan “Su 24" rus təyyarəsi ilə bağlı isə bəyan elədi ki, Türkiyə təyyarənin Rusiyaya məxsus olduğundan öncədən xəbərsiz olub. Yəni bir növ təyyarə olayını təsadüfə bağlayıb, nəinki Rusiyanın iddia elədiyi kimi, onun məqsədli şəkildə vurulduğunu deyib.

Bunun özü də Ankaranın Moskvaya qarşı yumşaq ritorika seçdiyinin, münasibətlərin bərpasında maraqlı olduğunun təzahürü hesab oluna bilər. Nəhayət, bir neçə gün öncə xəbər yayıldı ki, rus pilotu vuran “boz qurd”x9dçu Alpaslan Çelik 8 il azadlıqdan məhrum edilə bilər. Doğrudur, Çelik “Su 24" insidentinə görə yox, qanunsuz silah məsələsinə görə ittiham olunur, ancaq onun mühakiməsinin özü də Moskvaya qarşı barışıq jestlərindən sayıla bilər. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
* xa0 * xa0 *xa0
Rusiya-Türkiyə münasibətlərinin normal axara düşməsi, şübhəsiz ki, Azərbaycanın da, regionun da mənafeyinə uyğundur. Sirr deyil ki, rəsmi Bakı neçə vaxtdır bundan ötrü öz vasitəçilik missiyasını təklif edir. Ən önəmlisi, Rusiya dövlət rəhbərinin İsrail-Türkiyə münasibətlərinin normallaşmasına isti yanaşması Kremlin elə Azərbaycan-İsrail əlaqələrinin də əleyhinə olmadığı anlamına gəlir.

Demək, Bakı üçün ikiqat “siyasi uduş”x9ddan danışmaq olar. Halbuki İsrail silah bazarında Rusiyaya rəqibdir, o cümlədən Azərbaycanla silah ticarətində bu iki dövləti tərəfdaş adlandırmaq mümkünsüzdür. Bu xüsusda Putinin son mesaj və açıqlamaları rəsmi Bakının İsrail və qardaş Türkiyə ilə güclü əlaqələrindən dolayı Moskva qarşısında qəliz durumunu xeyli yüngülləşdirir, onun strateji seçim yükünü asanlaşdırır.






































































































