DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur

Hazırda oxunan: DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur

139866

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyunun 5-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. 

Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir. 

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb. 

Həmməruzəçilər insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi əhatəli məlumata görə Vilayət Eyvazova minnətdarlıqlarını bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO