Naxçıvanda ingilisdilli orta məktəb YARADILACAQ

Hazırda oxunan: Naxçıvanda ingilisdilli orta məktəb YARADILACAQ

139823

Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb. 

Sənəddə qeyd olunub ki, orta təhsilin keyfiyyət göstəricilərinin artması məqsədi güdən məktəbin yaradılması ilə bağlı layihə hazırlanmalıdır. 
2023-2027-ci illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Naxçıvanın Nazirlər Kabineti, digər icraçı kimi Elm və Təhsil Nazirliyi müəyyənləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO