İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir

İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir

Hazırda oxunan: İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir

139157

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi və mükəmməlliyi ilə tanınır. 

Omdia bazar araşdırması şirkətinin məlumatına görə, 2022-ci ildə Samsung qlobal TV bazarında yenə də birinciliyə yüksələrək televizor istehsalı sənayesinə ardıcıl 17-ci ildir ki, liderlik etmiş olur. Bu nailiyyət şirkətin premium baxış təcrübələrinə və istifadəçi mərkəzli dizayna sadiqliyinə aid edilə bilər. 

Premium məhsul sırasına üstünlük verməklə, Samsung-un televizor sənayesindəki misilsiz liderliyini 17 il ərzində qoruyub saxlamasının ən parlaq göstəricilərindən biri Neo QLED seriyasıdır.

2022-ci ildə Samsung heyrətamiz 9,65 milyon ədəd QLED və Neo QLED televizor sataraq, 2017-ci ildə satışa çıxarılandan bəri məcmu satışları 35 milyon ədədə çatdırıb. 2022-ci ildə də müvafiq olaraq 75 və 80 düymdən böyük televizorlar üçün bazar payı 36,1% və 42,9% olmaqla ultra-böyük televizor bazarı seqmentində yenə də Samsung üstünlük qazanıb.

Qiyməti 2500 ABŞ dollarından yüksək olan premium televizor bazarında Samsung 48,6% gəlirlə ən böyük bazar payını saxlaya bilib. 

Samsung Electronics-in Vizual Ekran Biznesi üzrə İcraçı Vitse-Prezidenti Çolq Kim fikrini belə ifadə edir: "Son 17 il ərzində sənaye liderliyimiz istehlakçılarımızın məhsullarımıza davamlı sədaqəti və inamı sayəsində mümkün oldu.

Biz hətta premium görüntü keyfiyyətindən daha üstün olacaq ən yüksək səviyyəli cihaz təcrübələrinin yaradılmasına yol açmaqda davam edəcəyik." 

Samsung-un televizor bazarındakı 17 illik liderliyi şirkətin istehlakçı mərkəzli dizayn və təkmilləşdirilmiş istifadəçi təcrübəsi ilə ən innovativ məhsulları özündə cəmləşdirmək öhdəliyinin bəhrəsidir.

2006-cı ildə Bordeaux TV-nin təqdimatı düşünülmüş dizaynlı və yüngül çəkili LCD televizorları qəbul etdirərək yeni istiqamətin əsasını qoydu.

Bu, həm də Samsungun qlobal televizor bazarında birinciliyinin başlanğıcı idi. Şirkət 2009-cu ildə ilk LED televizorunu, 2011-ci ildə isə ilk Smart TV-ni istifadəyə verərək, hər biri üzrə bazarda yüksək mövqe tutaraq, yeni texnologiyaları istehlakçılara yaxınlaşdırmaq yolunu seçdi. 

İnnovasiya sərhədlərini aşmağa davam edərək 2017-ci ildə Samsung sənayedə ilk dəfə 100 faiz rəng həcminə nail olmaq üçün kvant nöqtə texnologiyası əsasında QLED televizorunu bazara çıxararaq “növbəti nəsil ekranı” anlayışını təyin etdi.
2018-ci ildə şirkət QLED 8K, ardınca 2021-də Quantum Mini LED ilə dəstəklənən Neo QLED və özünü işıqlandıran MICRO LED-i təqdim etdi. Bu innovativ texnologiyalar toplusu təsvir keyfiyyəti standartlarını yenilədi və sənayedə yeni meyarlar müəyyənləşdirdi. 

Bundan başqa, Samsung Lifestyle seriyası kimi yeni kateqoriyalar üzrə də irəliləyib. 2016-cı ili Serif-in ikonik dizaynı ilə başlayan Samsung The Frame, The Sero, The Terrace, The Premiere və The Freestyle kimi məhsullar vasitəsilə istifadəçi təcrübəsini zənginləşdirmək üçün məhsul sırasını təkmilləşdirməyə davam etdi. 

2023-cü ildə Samsung-un innovasiyalara sadiqliyi istifadəçilərin ehtiyaclarını qarşılamaqdan ötrü hazırlanmış intuitiv texnologiyanın inkişafı ilə davam edir.

SmartThings prioritet olaraq qalan təhlükəsizlik şəraitində çox sayda cihazların qüsursuz inteqrasiyası və qoşulmasına şərait yaradacaq ki, istifadəçilərin unikal ehtiyaclarını dərindən fərdiləşdirmə hesabına qarşılamağa imkan verəcək. 

Ətraflı: samsung.com

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO