Ekoloji baxımdan zərərli olan paketlərdən istifadə niyə AZALMIR?

Ekoloji baxımdan zərərli olan paketlərdən istifadə niyə AZALMIR?

Hazırda oxunan: Ekoloji baxımdan zərərli olan paketlərdən istifadə niyə AZALMIR?

139132

Artıq 5 aya yaxındır ki, Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli həyata keçirilir. Müşahidələr göstərir ki, ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə verilən bu qərar özünü doğrultmur.

Ödənişli olmasına baxmayaraq polietilen torbalardan birdəfəlik imtina edənlər çox az faiz insanı əhatə edir. Əksinə yenə də bu torbalardan istifadə davam edir. Hətta genişlənib desək yanılmarıq... 

Təhlükəli və ziyanlı dediyimiz polietilen torbalara isə kağız alternativlər təqdim edilmir. Daha doğrusu bəzi iri marketlərdə kağız torbalar da istehlakçılara pulla təklif olunur. Halbuki Sovet dövründə yalnız kağız torbalar mövcud idi və alıcılara bu paketlər pulsuz verilirdi. 

O zaman nə dəyişdi? Məqsəd və hədəf polietilen torbaların tamamilə yığışdırılmasından gedirsə, çıxış yolu ödənişli olmalı idimi? Hələ də istifadəsi genişlənən bu torbalara pulsuz alternativlər niyə təqdim edilmir? 

Demək ki, məqsəd alıcıların cibinə girməkdir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə qurum polietilen torbalardan istifadə ilə bağlı monitorinq həyata keçirmir. Üstəlik alternativləri təqdim etmək səlahiyyətində də deyil...
 

MÖVZU İLƏ BAĞLI:

Mağazalarda sellofan paket QALMAQALI: Satıcı və alıcılar nədən narazıdır?


Bu işlə İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olur. İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə sorğularımızı cavabsız qoyub. 

Saytımıza mövzu ilə bağlı danışan sosioloq Ağasəlim Həsənovun sözlərinə gör,ə dövlət qurumları ekoloji baxımdan zərərli olan paketlərdən istifadəni azaltmaq üçün çıxış yolu kimi torbaların ödənişliyə keçməsi yolunu tutublarsa, bu çox uğursuz addımdır:

“İllər öncə, yəni  2012-2013-cü illərdə paytaxtda bununla bağlı sosioloi araşdırma aparılmışdı. Uğursuz nəticəsi elə o başdan görünürdü. Bu gün də reallqda insanlar buna əməl etmirlər, əksinə maddi baxımdan bir qədər də ziyana düşürlər. Nəticə etibarilə həmin təhlükəli torbalardan istifadə yenə də davam etməkdədir. 
Polietilen torbalar ödənişliyə keçəndə ilk etaplarda müəyyən qədər azalma olsa da, hazırda əvvəlki qayda üzrə davam edir. Bununla əlaqədar daha bir problem var.

Məsələn, azərbaycanlı ailələr məişət tullantılarının çeşidlənməsinə nə qədər həssaslıq nümayiş etdirirlər? Buna əməl edirlərmi? Məişət tullantılarının çeşidlənməsi anlayışı insanlarımızın şuurunda ən yaxşı halda kiçik bir rüşeym halındadır. Hələ o inkişaf edəcək, gələcəkdə bu, bütün toplumu əhatə edəcək və ekoloji cəhətdən mədəni bir cəmiyyət formalaşacaq. 

Bütün bunları gördüyümüz halda marketlərdə istifadə olunan zərərli torbaları sadəcə ödənişli etməklə guya vəziyyətdən çıxış yolunu tapacaqdıq. Dövlət məmurları reallığı və insanların ona əməl edəcəyini, qərarın nə qədər effektli olacağını düşünmədən kor-koranə qərar qəbul edirlər. Sonda da bu, heç bir nəticə vermir. Halbuki bununla bağlı daha çevik mexanizmlər düşünülməli idi”. 
Sosioloqun fikrincə, insanları zərərli torbalardan uzaqlaşdırmaq üçün bir qədər motivasiyalı mexanizmlər tətbiq etmək olardı:

“Məsələn, kağız torbalar marketlərdə insanlara pulsuz olaraq təqdim edilməli idi. İnsanları yavaş-yavaş bu torbalara alışdırmaq və ya qiymətəri daha ucuz qoymaq olardı.

Beləliklə tədricən polietilen torbalardan imtina baş verərdi , yaxud insanlar təkrar istifadəsi mümkün olan torbalardan yararlanardılar. Sovet dövründə də kağız və təkrar istifadəsi mümkün olan torbalar mövcud idi ki, insanlar dükanlara gedəndə o səbətlərini götürərdilər”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO