Oğuzda 32 yaşlı qadını maşın vurdu

Oğuzda 32 yaşlı qadını maşın vurdu

Hazırda oxunan: Oğuzda 32 yaşlı qadını maşın vurdu

138626

Oğuzda yolu keçən qadını maşın vurub. 

Qaraməryəm-İsmayılı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün axşam saatlarında Balakən rayon sakini Abakər Mehdiyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Kərimli kənd sakini, 32 yaşlı Sevinc İbrahimovanı vuraraq müxtəlif bədən xəsarətləri yetirib. 

Hadisə yerinə Oğuzdan təcili yardım xidməti gəlib və yaralı qadını Rayon Mərkəzi Xəstəxanasına aparıblar.  

Xəstəxanada 32 yaşlı qadına ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Hadisə ilə bağlı araşdırma başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO