Kürdəmirdə Folklor Festivalı keçirilib - FOTO 

Hazırda oxunan: Kürdəmirdə Folklor Festivalı keçirilib - FOTO 

138333

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Folklor Festivalı keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, qeyri-maddi mədəni irsinin dəstəklənməsi və təbliği məqsədilə Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sovet İttifaqı qəhrəmanı  Məmiş Abdullayev adına istirahət parkında  Folklor Festivalı keçirilib.  

Mədəniyyət Mərkəzinə tabeli müəssisələrin iştirakı ilə həyata keçirilən festivalda  qədim muzey əşyaları, rayonun Şilyan xalçaları və xalçaşunaslığa aid kitablar sərgilənib.  

Kürdəmir rayonunda fəaliyyət göstərən muğam sənətinin kamil biliciləri və ifaçıları yerə sərilmiş kilim və gəbələr üzərində özüəməxsus qədimiliyi əks etdirən döşək və mütəkkələr üzərində əyləşərək, muğam və qəzəllər ifa ediblər.  

Bundan başqa biçmə-tikmə, toxuculuq, dekorativ-tətbiqi sənət nümunələri, milli mətbəximiz və kulinariyamız nümayiş olunub. 

Qeyd edək ki, folklor sərgisinin təşkilində məqsəd zəngin incəsənət nümunələrimizi bir araya toplamaq, qorumaq, sənətə, milli qürura dəyər, önəm  verən insanlara nümayiş etdirmək və gələcək nəsilə çatdırmaqdır. 


















Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO