Tərtərdə baş verən partlayışın təfərrüatları AÇIQLANDI 

Hazırda oxunan: Tərtərdə baş verən partlayışın təfərrüatları AÇIQLANDI 

138307

Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş vermiş partlayışın təfərrüatları barədə məlumat verib. 

Bizim.Media-xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki,rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə sursat PARTLADI: İşçi xəsarət alıb


Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur. 

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO