Bakıda “Prius” daha bir qəza törətdi - Bu dəfə 9 yaşlı uşaq öldü 

Hazırda oxunan: Bakıda “Prius” daha bir qəza törətdi - Bu dəfə 9 yaşlı uşaq öldü 

138061

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib. 

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib. 
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO