Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir  -Foto

Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir -Foto

Hazırda oxunan: Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir -Foto

137070
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun bütün kəndlərində əhali ilə səyyari qəbul görüşləri davam edir. Növbəti görüş may ayının 12-də Qarakazımlı kəndində keçirildi. Rayonun hüquq-mühafizə orqanlarının  və idarə- təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  çıxış edərək səyyari görüş və qəbulların artıq bir ənənəyə çevrildiyini, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının öz müsbət nəticəsini verməsindən,  rayonda həyata keçirilən məqsədyönlü  tədbirlərdən  bəhs etdi . İcra hakimiyyətinin başçısı cənab Əziz Əzizov dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan  da danışdı.Daha sonra ərazi nümayəndəsi Rafael Mirzəyev nümayəndəliyin tərkibində olan Qarakazımlı , Dələli, Sarxanlı və Moranlı kənd sakinlərinin məşğuliyyəti, burada yaşayan əhalinin mövcud problemləri və il ərzində ərazidə görülən işlər barədə geniş məlumat verdi.

    Kənd sakinlərindən Əhmədov Vəkil bütün kəndlərə olduğu kimi Qarakazımlı kəndinə də Prezidentin göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, kəndə gedən ümumi uzunluğu 34 kilometr olan avtomobil yolunun cənab Prezidentin göstərişi ilə qısa müddət ərzində istifadəyə verilməsi ilə ərazidə yaşayan kənd əhalisinin ən böyük problemi həll olundu. Biz sadə vətəndaşlar buna görə prezidentimizə bir ömür minnətdar qalacağıq. Daha sonra Vəkil Əhmədov kənd daxili evinə gedən yolunda təmir olunmasını xahiş etdi. Vətəndaşın müraciəti ilə əlaqədar İcra başçısı aidiyyatı üzrə öz tapşırığını verdi və mövcud problemin qısa zamanda aradan qaldırılacağını bildirdi.

   Kənd sakinlərindən Allahverən Həsənov , Nərgiz İbayev də müraciətlərində işığa olan borca görə elektrik xəttinin kəsildiyini və sayğacdakı xarablığa görə elektrik verilişində problemlərin olduğunu qeyd etdilər. Səyyari qəbulda iştirak edən rayon paylayıcı elektrik şəbəkəsinin müdiri Aydın Məmmədova vətəndaşların müraciətlərinə qısa müddətdə baxılacağını bildirdi.

    İcra başçısı rayonda qazlaşdırma prossesinin çox sürətlə davam etdiyini və bütün kəndlərin ən qısa zamanda qaz xətti ilə təmin olunacağını bildirdi.Respublikamızda dinamik inkişafın sürətlə davam etməsindən bəhs edən Əziz Əzizov rayonunun sosial-iqtisadi inkişafının, əhalinin sosial rifah halının yaxşılaşdırılmasının hər zaman Prezidentin diqqət mərkəzində olduğunu qeyd etdi.

    Sonda sakinlər bir çox problemlərinin həll olunduğu səyyar qəbuldan razı qaldıqlarını və ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12851.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12852.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12853.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12854.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12855.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12856.jpg">Əziz Əzizovun əhali ilə səyyar qəbul görüşləri davam edir <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12857.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO