
- A-
- A
- A+
Cəmiyyət
14:55 / 20.05.2023
İranlıdan narkotik alan Şamaxı sakinləri SAXLANILDI
Hazırda oxunan: İranlıdan narkotik alan Şamaxı sakinləri SAXLANILDI
137019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxslər tutularaq istintaqa təhvil veriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq güclü narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla satış məqsədilə aldıqları müəyyən edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































