Oğuzda AĞIR QƏZA - Maşın tanınmaz hala düşdü - FOTO 

Oğuzda AĞIR QƏZA - Maşın tanınmaz hala düşdü - FOTO 

Hazırda oxunan: Oğuzda AĞIR QƏZA - Maşın tanınmaz hala düşdü - FOTO 
136964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuzda baş verən yol qəzasında 38 yaşlı sürücü xəsarət alıb.  

Yol-nəqliyyat hadisəsi Oğuz rayonu Bayan kəndi ərazisində qeydə alınıb.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Bayan kəndindən keçən hissəsində baş verən qəzada rayonun Xalxal kənd sakini 38 yaşlı Şahin Şirinov müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Hadisə şahidlərinin sözlərinə görə Şahin Şirinov idarə etdiyi "VAZ 2106" markalı avtomobili həmin yolda hərəkətdə olmayan "Chevrolet Niva" markalı avtomobilə vurub.  

Yaralı sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.  

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Hadisənin təfərrüatları təhqiqat başa çatandan sonra bilinəcək.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO